19 Noyabr 2018 07:05
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniya Tulçea şəhərində Pablo Pikassonun Hollandiyada oğurlanmış 800 min avro dəyərində olan “Arlekinanın başı“ adlı rəsm əsərini aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, rəsm əsəri, 2012-ci ildə məşhur Rotterdam muzeyindəki “Künsthal“ qalereyasından oğurlanan, 100 milyon avro dəyəri olan, XIX –XX əsrlərin tanınmış rəssamlarının yeddi rəsm əsərindən biridir. Onun ekspertizadan keçiriləcəyi gözlənilir. Rəsm əsərinin yeri barədə məlumatı iki Hollandiya vətəndaşı verib.

Onlar tapıntını aşkar edərək Hollandiyanın Rumıniyadakı səfirliyinə müraciət ediblər və beləliklə rumın hüquq-mühafizə orqanları rəsm əsərinin izinə düşüblər.


Müəllif: Teleqraf.com