19 Noyabr 2018 08:29
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada qırğızıstanlı taksi sürücüsü sərnişinin avtomobildə yaddan çıxardığı pul kisəsini qaytarmaq üçün 8 saat binanın qarşısında gözləyib.

Bu barədə özünün “Facebook” səhifəsində xanım sərnişinin özü yazıb.

Varya Bortsova səhər saat 5-də Moskvaya gəlib və evinə qədər taksi sifariş edib. Növbəti gün günorta saat 1-də yuxudan ayılanda, pul, sənədlər və bank kartları ilə birlikdə kisəsini taksidə yaddan çıxardığını aşkar edib.

O, dəstək xidməti vasitəsi ilə sürücünü tapmağa cəhd etsə də, nəticə olmayıb. Onun atası pəncərədən həyətə baxanda isə blokun qarşısında taksi sürücüsünü görüb.

Taksi sürücüsü maşında pul kisəsini tapanda taksi parkının zəng mərkəzi ilə əlaqə yaradıb, lakin orada sürücüyə sərnişin barədə heç bir məlumatın qalmadığını bildiriblər. Sürücü sərnişinin binası qarşısında gözləmək qərarına gəlib və orada 8 saat olub.

Varya Bortsova mukafat şəklində sürücüyə gediş haqqının 5 qatı həcmində pul verib.


Müəllif: Mənbə/Trend