Beynəlxalq münasibətlər kimi anarxik sistemlərdə hərbi güc valyutanın son formasıdır. Əgər bu dünyada bir dövlətin mədəniyyəti, incəsənəti, fəlsəfəsi inkişaf etsə də, özünü qoruya biləcək ordusu yoxdursa, o heç nədir.
Mao Tszedun bunu belə ifadə edib: “Güc silahın lüləsindən böyüyər”.
Dünya tarixinin ən güclü altı ordusunu təqdim edirik:
1. Roma ordusu
Roma ordusu bir neçə yüz il ərzində Qərb dünyasına nəzarət edib. Onun əsas üstünlüyü məğlub edildikdən sonra belə geri qayıdıb yenidən mübarizə aparma qətiyyətini özündə tapması olub. Onlar bunu Pun müharibələri zamanı Karfagenlə döyüşlərdə nümayiş etdiriblər.
2. Monqol ordusu
1206-cı ildə işğallara başlayarkən sayları bir milyona yaxın olan monqollar yüz il ərzində Avrasiyanın böyük hissəni işğal edə bildilər. Onlar bu döyüşlərdə özlərindən on, yüz dəfə çox sayda rəqibləri məğlub edə bildilər.
Çingiz xan tərəfindən əsası qoyulan Monqol İmperiyasının əsas üstünlüyü onun çevikliyi və uzun müddət mübarizə aparma qabiliyyəti idi. Onların bu mobilliyi süvari qüvvələrinin istifadə etdiyi atlardan da qaynaqlanırdı. Hər bir süvari azı 3-4 ata sahib olurdu. Beləcə bu atlar daim əvəzlənə və enerjili qala bilirdi.
3. Osmanlı ordusu
Osmanlı ordusu Yaxın Şərq, Balkanlar və Şimali Afrikaya nəzarət edirdi. O, demək olar ki, hər zaman Xristiyan və Müsəlman qonşularının öhdəsindən uğurla gəlməyi bacarıb. Osmanlı imperiyası 1453-cü ildə dünyanın ən girilməz olduğu düşünülən şəhərlərindən biri Konstantinopolu (İstanbul) ələ keçirdi. Beş yüz il ərzində o, regionun əsas aktoru olaraq qaldı .
Osmanlı İmperiyası ordusunun əsas üstünlüklərindən biri xüsusi təyinatlı, elit piyada bölmələri – Yeniçərilər idi. Yeniçərilər uşaqlıqlarından etibarən əsgər kimi yetişdirilir, buna görə də döyüş meydanında ən yüksək səviyyədə effektivlik nümayiş etdirirdilər.
4. Nasist Almaniya ordusu
Birinci Dünya Müharibəsindən sonra Nasist Almaniyası ordusunun bir neçə ay ərzində Mərkəzi və Qərbi Avropanın böyük hissəsini nəzarət altına alması dünyanı şoka saldı. Bir nöqtədə bu ordunun hətta Sovet İttifaqını da işğal etməyə hazır olduğu görülürdü.
Almaniya ordusunun əsas qüvvəsi onun innovativ “Blitzkrieg” konsepsiyasından qaynaqlanırdı. Bu konsepsiya silahlanma və kommunikasiyada yeni texnologiyalardan istifadəni nəzərdə tuturdu. Xüsusilə zirehli və mexanikləşdirilmiş piyada bölmələri yaxın məsafəli hava dəstəyi ilə dəstəklənirdi. Bu isə düşmənin müdafiə xəttinə “sərt yumruq” vurmağa imkan verirdi.
5. Sovet ordusu
Sovet ordusu İkinci Dünya Müharibəsinin gedişatını çevirməkdən məsul idi. Bütövlükdə 6-cı Alman ordusunun təslim olması ilə yekunlaşan Stalinqrad döyüşü bu müharibənin Avropa səhnəsinin əsas dönüş nöqtəsi idi.
Sovet İttifaqının müharibədəki qələbəsi və onun sonrakı 40 il ərzində Avropanı təhdid etmə qabiliyyətinin texnologiya ilə çox az əlaqəsi var idi. Bu mənada İttifaqın özünün həm ərazi, həm əhali, həm də təbii resurslar baxımından sahib olduğu nəhəng ölçülərə borclu olduğunu demək lazımdır.
Sovetlərin öz hesablarına görə, müharibədə Qırmızı ordu 11 milyondan çox hərbçi, 100 mindən çox təyyarə, 300 mindən çox artilleriya qurğusu və təxminən 100 min tank, özüyeriyən top itirdi.
6. ABŞ ordusu
Öz tarixinin böyük hissəsində ABŞ geniş bir Quru Qoşunları saxlamaqdan çəkinib. ABŞ konstitusiyası Konqresin dəniz qüvvələri təmin etməsi və saxlamasını göstərirdisə, Quru Qoşunlarının formalaşdırılması məsələsi Konqresdə sadəcə ehtiyac olduğu təqdirdə qaldırıla bilərdi.
ABŞ bu qaydaya İkinci Dünya müharibəsinin sonuna qədər tabe oldu. Lakin müharibənin gedişi ABŞ-ı geniş miqyaslı Quru Qüvvələri saxlamağa sövq etdi. Məhz ABŞ-ın müharibəyə daxil olması güc balansının müttəfiq qüvvələrin xeyrinə dəyişməsinə imkan verdi.
Birləşmiş Ştatlar tarixin xaricdə tez və effektiv şəkildə quru qoşunları yerləşdirməyə qadir olan yeganə qüvvəsidir. Bu, ABŞ ordusunun əsas uğurlarından biridir. Onun əsas üstünlüyü isə çox ciddi şəkildə qabaqcıl texnologiya və təlimlə təchizatıdır. (ordu.az)