Limondan 60 qat çox C vitamini ilə zəngin itburnunun faydaları çoxdan isbatlanıb.
Təbabətdə onun çiçəklərindən dərman olaraq istifadə edilir.
Bağırsaq sisteminin gücləndirilməsi üçün itburnunu çay kimi dəmləsələr də, ondan mürəbbə və marmelat da hazırlanır.
Teleqraf.com xəbər verir ki, doğru istifadə olunduqda itburnunun faydası olduqca çoxdur.
Gündə iki stəkan itburnu çayını və bir yemək qaşığı şəkərsiz itburnu marmelatını qida rasionunuza əlavə edə bilərsiniz.
C vitamini ilə zəngin olan itburnu antioksidanlar sayəsində immun sistemini gücləndirir.
A, B,E və K vitaminlərilə yanaşı, maqnezium, dəmir kimi elementlərlə bədənin müqavimətini artırır, sinir sistemində və hüceyrə yenilənməsində bənzərsizdir.
Ölkəmizdə yetişdirilə bilən itburnu qəbizlik şikayəti edənlər üçün təbii bir şəfa qaynağıdır.
Bağırsaqların daha çox işləməsinə səbəb olur, beləcə, nizamlı olaraq istifadə edildikdə qəbizliyi ortadan qaldıraraq həzmi asanlaşdırır, bağırsaq parazitlərini düşürür.
Xərçəng hüceyrələrinin böyüməsini əngəlləyir.
K vitamininə görə itburnu qanın laxtalanmasına kömək edir. Buna görə də
tromboz və venoz iltihabı olan xəstələr bu bitkindən istifadə zamanı diqqətli olmalıdır.
Eyni zamanda qanazlığı çox olan insanlarda qidalarla alınan dəmirin sərbəst hala keçərək bədəndə istifadəsinə kömək edir. Ona görə də dəmir azlığı səbəbi ilə yaranan qanazlığının qarşısını alır.
İtburnunu bir yaşlı və kiçik uşaqlara həkim məsləhəti olmadan vermək yolverilməzdir.
Tərkibindəki zəngin A vitamini dərinin elastikliyini qoruyur və yaşlamanı gecikdirir. Yara izləri və sızanaqları sağaldır, dəriyə canlılıq verir, günəşdən yaranan yanıqlarda da faydalıdır.
5-6 ədəd itburnunu yavaşca əzərək bir stəkan qaynar suda 10 dəqiqə dəmləyin. Dəmləyərkən qapağını qapalı saxlayın ki, suya keçən C vitamini yox olmasın. Yeməklərdən 30 dəqiqə sonra için. İçindəki vitaminlər ölməsin deyə, dəmlədikdən 5 dəqiqə sonra mütləq istifadə edin.
İtburnunu işıqdan uzaq şüşə qabda saxlamayı unutmayın.