1971-ci ildə istehsal edilən avtomobillə dünya səyahətinə çıxan kolumbiyalı xanım turist hazırda Azərbaycandadır.
Bu qadın 9 aydan çoxdur ki, maşında yatır, hətta avtomobilində yaranan nasazlığı da özü təmir edir. İki gündür Bakıda olan 58 yaşlı Analusia Perestemon təəssüratlarını ''Xəzər Xəbər''lə bölüşüb.
Xanım turist, 47 il əvvəl istesal edilən maşınına yaşamaq üçün lazım olan bütün ləvazimatları toplayaraq dünya səyahətinə çıxıb. Kolumbiyalı xanım retro avtomobili ilə artıq 9 aydan çoxdur ki, yollardadır.
Analusia Perestemonun avtomobili də görənlərin marağına səbəb olur.
O, avtomobildə yaranan bütün nasazlıqları özü təmir edir, yağını dəyişir. Getdiyi bütün ölkələrdə o, böyük maraqla qarşılanır. Artıq 2 gündür ki, Bakını gəzən turist paytaxtımızın çox müasir görünüşlü şəhər olduğunu bildirir.
Turist xanım İranı da gəzdikdən sonra yenidən Azərbaycana qayıdacaq və gəldiyi marşrutla Kolumbiyaya qayıdacaq.