Hollivud “ulduzları” Ancelina Coli və Bred Pitt uşaqlarının qəyyumluğunun müəyyən edilməsi ilə bağlı anlaşma əldə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC-yə keçmiş cütlüyün məhkəməsində iştirak edən bir vəkil tərəfindən məlumat verilib.
Lakin vəkil uşaqların qəyyumluğunun hansı formada razılaşdırılması barədə məlumat verməyib.
Qeyd edək ki, 2016-cı ildən ayrı yaşayan “ulduz”ların övladları Ancelinanın yanında yaşayır. Pitt isə onlara baş çəkmək hüququna malikdir.
Lakin o, uşaqlarının tərəflər arasında bərabər formada bölüşdürülməsini tələb edirdi. Bred Pittin bu iddiası məhkəmə prosesi ərzində tərəflər arasındakı soyuq münasibətləri qarşıdurma həddinə gətirdi.
Media A.Colinin keçmiş həyat yoldaşının uşaqları tərbiyə etmək üsulundan məmnun olmadığını iddia edir.
O, Bredin uşaqlara qarşı fiziki zorakılığa yol verdiyindən və kobud davranmasından şübhələnir.
Lakin istintaq onun bu şübhələrinə əsas görmədi və bunu rədd etdi.
Keçmiş cütlük arasındakı yeni anlaşma isə gərginliyə son qoysa da, hələlik boşanmanın hansı şərtlər üzərində reallaşdığı məlum deyil.
Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2016-cı ildə boşanıb. Coli məhkəmədə həyat yoldaşı ilə yola gedə bilmədiyini demişdi.
Keçmiş cütlüyün 6 övladı var, onlar 10-17 yaşlarındadır.
Onlardan üçü övladlığa götürülüb.