"Space" telekanalının "El bizim, sirr bizim" verilişinin qonağı jurnalist Mirismayıl Xələfli qalmaqallı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, onun efirdə 7-ci sinif şagirdi ilə evlənməsini etiraf etməsi birmənalı qarşılanmayıb.
Belə ki, Xələfli efirdə digər qonaqlar tərəfindən pedofil adlandırılıb: "Öz həyat təcrübəmdən bilirəm. Mən özüm ali təhsilliyəm. Özüm 7-ci sinif şagirdi ilə nişanlanmışam. Onu məktəbdən çıxarmışam. Mən bunu ona görə etmişəm ki, sabah yoldaşım mənə "yorulmuşam, yemək bişirmək istəmirəm" deməsin. Mən öz yoldaşıma dərs demişəm".
Xələflinin bu fikirləri həm verilişin qonaqları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub.