Hazırda dünya əhalisinin 50 faizdən çoxu artıq internetə çıxış imkanına malikdir. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatında qeyd edilib ki, bu göstəricini artırmaq üçün insanlara kompüter texnologiyaları sahəsində bacarıqları öyrətmək lazımdır.
Teleqraf.com xəbər verir ki, genişzolaqlı rabitəyə yatırılan investisiyaların həcminin artırılması rəqəmsal inqilab prosesini stimullaşdırır və çoxlu sayda insanın internet xidmətlərinə qoşulmasına imkan verir.
BTİ-nin baş katibi Xoulin Çjao deyib ki, informasiya texnologiyaları sahəsində bacarıqlara yiyələnmə internetin gələcək inkişafı üçün vacibdir.
Hesabata əsasən, dünyada zəruri texniki biliklər üzrə çatışmazlıq müşahidə olunur. Planet əhalisinin 33 faizi faylların köçürülməsi kimi adi kompüter bacarığına malik deyil.
41 faiz insan isə standart bacarıqlara malikdir. Planet əhalisinin yalnız 4 faizi kompüter proqramları yarada bilər.