14 Dekabr 2018 07:05
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton Universitetinin mütəxəssisləri arılara nəzarət etmək üsulunu tapıblar. Alimlər arılar üçün məlumat toplayan nanoçanta ixtira ediblər.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, arının bel hissəsində yerləşdirilən xüsusi nanoçanta öz kiçik ölçüsünə görə onu narahat etmir. Çəkisi təxminən 0,01 qr olan nanoçantaya arının hərəkəti, bədən temperaturu, sürəti və digər xüsusiyyətləri haqqında informasiyanı toplayan sensorlar yerləşdirilib. Nanoçantanın kiçik ölçüsünə görə ona GPS sensor quraşdırmaq mümkün olmayıb, ancaq bağda yerləşdirilmiş antenaların köməyi ilə arının yeri haqqında məlumatlar toplanılır.

“Ağıllı” nanoçanta 30 kb-dək məlumat saxlaya bilər ki, bu da arının birgünlük fəaliyyəti haqqında bütün informasiyanın yazılması üçün kifayət edir. Alimlər toplanmış məlumatları bu və ya digər həşərat növlərini öyrənmək və arıların məhsuldarlığını artırmaq məqsədi ilə təhlil edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər