14 Dekabr 2018 23:08
2 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarakan biznesi Çində ən çox gəlir gətirən bizneslərdəndir

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Tarakan cod, elastik və çirklidir. Lakin Çində tarakan biznesi böyük bizneslərdəndir. Sahibkarlar tarakanları dərman da daxil edilməklə, müxtəlif sahələrdə istifadə edilməsi üçün yetişdirir.

Tarakan biznesi ürəyi zəif olanlar və iyrənənlər üçün deyil. Lakin Çində tarakan biznesi ən çox gəlir gətirən biznesdir.

Bu şirkətdə "Amerika tarakanları" yetişdirilir. Bu tarakanlardan sağlamlıq toniklərində istifadə edilir. "Gooddoctor" tarakan şirkətindən Ven Ciencaqu: “Buradakı tarakanların yetişdirilməsi üçün əsl Amerika mühiti yaradılıb. Onlar çox boşluq olan yerlərdə yaşamağı sevir. Ona görə də biz onlar üçün belə yerlər düzəltmişik.”

Bu şirkət tarakanları mədə xorası və dəri yaralarının müalicəsi üçün yetişdirir. Ərzaq tullantılarından heyvanlara yem kimi istifadə edilməsinə qoyulan qadağadan yan keçmək üçün bir yol kimi tarakanlar yetişdirilir.

Bunun əvəzində tullantılar tarakanlar üçün qida kimi istifadə olunur. Həmin tarakanlar isə sonradan mal-qaraya zülal kimi verilir. “Əvvəla tarakanlar mətbəxdəki tullantıları tez bir zamanda yeyir. Məsələn, mətbəx tullantılarını hücrəyə qoysaq, tarakanlar onu iki saata yeyib qurtaracaq. İkincisi isə, onlar ərzad dövrünü bitirə və özlərini ərzağa çevirə bilir. Yəni ölü tarakanlardan yüksək keyfiyyətli zülal alınır. Yəni bu, zibili resurslara çevirmək deməkdir” deyə, Li Huo bildirir.

Heç kəs evində tarakan istəmədiyinə görə, burada tarakanlar həbsxanadakı kimi saxlanır. Burada hətta tarakan sevən balıqlar da saxlanır ki, onlar qaçmaq istəyən tarakanları tutub yeyirlər.

Nəhayət biznesmenlər bu zülalla zəngin böcəkləri sevimli yemək kimi reklam edir. Den kəndindən Li Binkai: “Mənim belə bir bizneslə məşğul olmağım insanlara qəribə gəlir. Onlar məndən nəyə görə işdən çıxıb belə bir biznesə başladığımı soruşur. Fikrimcə bu, böyük gəlir gətirən biznesdir.”

İnsanların da bu böcəkləri yeməsinə baxmayaraq, onun şirkəti tarakanları əsasən heyvandarlıq fermalarına satır.



Müəllif: Teleqraf.com