15 Dekabr 2018 18:29
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə onlarla şəxs "Fahişəxanalar kralıçası" kimi tanınan Manukyanın mirasına iddia edir.

Teleqraf.com xəbər verir ki, hazırda İstanbul Sülh Məhkəməsində Matilda Manukyanın böyük mirası ilə bağlı proses gedir.

Əvvəlcə fahişəxanalar kraliçasının mirasına 16 nəfər iddiaçı olub. İndi isə iddiaçıların sayı 36 nəfərə çıxıb.

Məhkəmə isə faktiki olaraq yeganə miras sahibi olduğunu iddia edən Kerope Çilingirin Manukyanın oğlu olub-olmadığını araşdırır.

Bu məqsədlə İstanbul məhkəməsi Vətəndaşlıq İşləri İdarəsinə sorğu göndərib. Sorğuya cavab verilənə qədər proses təxirə salınıb.

Bu arada bəlli olub ki, məhkəmədə mirasla bağlı prosesin getdiyini eşidən 16 iddiaçıdan savayı daha 20 nəfər də Manukyanın mirasından pay almaq iddiasına düşüb.


Müəllif: Cavad

Oxşar xəbərlər