17 Dekabr 2018 07:05
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əbu-Dabı əmirliyinin küçələrinin təhlükəsizliyini dəvələrin üstündə əyləşən polislər qoruyacaq.

Teleqraf.com xəbər verir ki, Əbu-Dabinin polisi dəvələrin üstündə xüsusi patrulların yaranmasını elan edib. Dəvələrin üstündə əyləşən polislər həm səhralığı, həm də şəhərin təhlükəsizliyini təmin edəcək.

Qeyd olunur ki, belə patrulların yaradılmasının əsas məqsədi təhlükəsizliyin qorunması ilə yanaşı, əmirliyin qədim ənənələrini qoruyub saxlamaqdır. Bu xüsusi patrul cinayətlərin qarşısının alınması üçün yüksək standartlara uyğun təlim keçib.


Müəllif: Teleqraf.com