“Twitter” sosial şəbəkəsinin məlumatına görə, əks-əlaqə forması ilə əlaqədar problem aradan qaldırılıb. Bu problem nəticəsində kənar şəxslər istifadəçilərin telefon nömrələrinin ölkə kodunu öyrənə bilirdilər.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, sözügedən boşluq noyabrın 14-də aşkar edilmişdi və gün ərzində aradan qaldırılıb. “Twitter”dən məlumat verilib ki, bu problem nəticəsində istifadəçilərin telefon nömrəsini və ya başqa fərdi məlumatlarını öyrənmək mümkün deyildi.
Bundan başqa, şirkətin məlumatına görə, şübhəli sorğuların əksəriyyəti Səudiyyə Ərəbistanı və Çindən daxil olub.