22 Dekabr 2018 09:11
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin başa çatdığı ərəfədə dünyada özlərini zaman elçisi, gələcəkdən xəbər verən seçilmişlər adlandıran bir neçə şəxs proqnozlarını irəli sürüb. Ceylo adlı xanım çoxlu kişini gələcəyə göndərdiyini deyib. Onun iddialarına görə, günəş getdikcə dünyaya yaxınlaşacaq, bu səbəbdən havanın orta hərarəti 40-70 dərəcəyə qalxacaq.

Teleqraf.com dünyada gələcək haqda xəbər verən şəxslərin proqnozlarını təqdim edir.

Ceylonun iddialarına görə, temperaturun qalxması səbəbindən dünyada böyük bir süqut başlayacaq və bu proses uzun müddət davam edəcək.

O, hətta dinozavr və nəsli tükənən digər canlıların təkrar geri qayıdacağını söyləyir.

Ceylo gələcəyə baş çəkdiyini deyərək 6000-ci ildən gətirdiyi bitkini nümayiş etdirib. Lakin onu izləyən insanların bəzisi Ceylonun iddialarını əsassız hesab edib.

Noahda isə 2030-cu ildən gəldiyini elan edib, gələcəklə bağlı bəzi iddialarını səsləndirib. Onun proqnozları daha çox Asiya ölkəsi olan Filippinlə bağlıdır. Noahdanın sözlərinə görə, filippinlilər 2030-cu ildən etibarən vətəndaşlarının beyninə çip yerləşdirməyə başlayacaq. Ancaq bu insanların istəyi və arzusu ilə olacaq.

Bu yenilikdən insanlar faydalanacaq –cinayətlərin sayı azalacaq, fərdi məlumatlar daha asan əldə olunacaq.

Gələcəkdən gəldiyini, əslən Yunanıstandan olduğunu və 14 yaşına qədər Fransada yaşadığını bildirən, amma adını açıqlamayan daha bir şəxs də iddialarla çıxış edib. Hazırda Kanadada məskunlaşan bu şəxs ölkənin milli laboratoriyasında işlədiyini, hələ 18 yaşında ikən assistent olduğunu bildirib. İşlədiyi müddətdə insanları gələcəyə göndərməklə məşğul olduqlarını bildirən şəxs özünün də analoji səfərdə bulunduğunu söyləyib.

Onun iddialarına görə, 3000-cü ildə insan irqini robot və texnologiya əvəz edəcək, neft və qızıl kimi dəyərli şeylər gərəksiz olacaq. Həmçinin günəş enerjisindən alınan elektrik yeganə qaynaq kimi insanların istifadəsinə veriləcək. 3600-cı ildə robotların sayı 4 milyonu keçəcək, ABŞ və Çin ən böyük robot istehsalçısı kimi ön sırada dayanacaq.

3700-cü ilin yayında isə robotlarla bəşəriyyət arasında nəhəng müharibə başlayacaq. Bu müharibə nəticəsində sonuncu insan tarixə qovuşacaq.

Levis Valker adlı şəxs isə 4413-cü ildən qayıtdığını deyib. Onun sözlərinə görə, İngiltərə Müdafiə Nazirliyində işləyib. Nazirlikdə çalışdıqdan bir neçə il sonra – 1977-ci ildə məxfi zaman maşınında testdən keçmək məqsədilə seçilib. O, gizli hərbin hissəyə aparılıb. Xüsusi geyimlə təmin edilərək zaman aparatına mindirilib və özünü sanki xəstəxana otağında hiss edib. Burada gördüyü bir robotdan hansı ildə olduqlarını soruşan Levis 4413-cü ilə yetişdiklərini öyrənib.

Levis qeyd edir ki, xəstəxanada ancaq robotlar işləyirmiş. Onun iddiasına görə, zaman aparat haqqında dünya ictimaiyyətinə 2028-ci ildə rəsmən məlumat veriləcək.

Levis qeyd edib ki, 4413-cü ildə başqa şəxslərlə də tanış olub. Tanışlıq zamanı gələcəkdə insan irqinin tamamilə yox olacağı xəbərdarlığını alıb.


Müəllif: Cavad

Oxşar xəbərlər