22 Dekabr 2018 21:29
1 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Neyva” bankının əməkdaşları pul dəstələrindən ibarət “yolka” qurublar. Bunun üçün 1,1 milyon avro və 1,2 milyon dollarlıq banknotlardan istifadə olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli “E1” nəşri məlumat yayıb. Nəşr şəhərdə ən qeyri-adi ofis “yolkası” müsabiqəsi keçirir.

Bank əməkdaşları məhz bu müsabiqədə iştirak məqsədilə sözügedən “yolka”nı hazırlayıblar.

Bankdan “E1”ə bildiriblər ki, pullar həqiqidir və bu, şübhə doğurmamalıdır.

“Yolka”nın harda yerləşməsinə gəldikdə isə bankdan onun daxili kabinetlərdən birində yerləşdiyini deyiblər:

“Özünüz bunun nə qədər böyük bir məbləğ olduğunu başa düşürsünüz. Bu, bizim daxili zinətimizdir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər