Rusiyanın məşhur televiziya aparıcısı Kseniya Sobçak 5 illik evlilikdən sonra 46 yaşlı həyat yoldaşı Maksim Vitorqandan boşanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məşhur cütlüyün ayrılmasını qonşuları da təsdiq ediblər.
İddia edilir ki, Vitorqandan boşanan Sobçak teatr direktoru Konstantin Boqomolovla sevgi həyatı yaşamağa başlayıb.
Cütlüyün hansı səbəbdən ayrıldığı tam aydın olmasa da, onlar artıq nişan üzüklərini də atıblar.
Bir neçə gün əvvəl isə Kseniya Sobçakın keçmiş həyat yoldaşını tənbəllikdə və şəxsi həyatına müdaxilə etməkdə ittiham etməsi barədə məlumat yayılmışdı: “Həyatınızı yaşayın, başqalarına öz şəxsi həyatlarını yaşamasına icazə verin”.