31 Dekabr 2018 16:40
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il axşamı tədbirlərdə və şənliklərdə daha gözəl görünmək üçün həddindən artıq makiyaj edən xanımlar da olur.

Teleqraf.com mütəxəssis və dermatoloqların rəyinə əsaslanaraq xəbər verir ki, bunun bir çox fəsadları ola bilər.

Belə ki, üzü həddən artıq makiyaj edən xanımlar sağlamlıqlarını riskə atmış olurlar.

Bəs artıq makiyajın gətirəcəyi risqlər nədən ibarətdir?

İlkin olaraq qeyd edilir ki, makiyajdan çox istifadə edildikdə üz dərisinin məsaməlari tutulur və dərinin nəfəs alması çətinləşir. Belə hal olduqda üz dərisi eyni zamanda köhnəlir və qırışıqlar yaranır.

Hind cəvizi yağı, sintetik slikonlar və kimyəvi tərkibli makiyaj məhsullarındakı maddələrin çoxu məsamə tutulmasına səbəb olur. Onlar kir və mikroblarla birlikdə qara nöqtələrə çevrilir və sifətdə qopmalara səbəb olur.

İkincisi, hətta infeksiya riskini artırır.

Üzünüzü makiyajdan təmizləməklə iş bitmir. Makiyaj çantanızın da təmiz olması vacibdir.

Unutmayın ki, makiyaj vasitələriniz sadəcə bir dəfə istifadədən sonra mikrob yaratmağa başlayır. Xüsusən də gözünüz üçün istifadə etdiyiniz tuşlar mikrobların daha tez əmələ gəlməsinə səbəb olur.

Bunun qarşısını alamaq üçün köhnə makiyaj vasitələrinizi atın və əsla bu vasitələri dostlarınızla paylaşmayın.

Üçüncüsü, qırışıqların daha pis görünməsinə səbəb olmasıdır.

Dermatoloqlar gözlərinizin ətrafındakı həssas bölgəyə etdiyiniz sürtmə və çəkmə hərəkətlərinin göz qapaqlarının elastikliyini itirməsinə və daha çox qırışmasına səbəb ola biləcəyini deyir.

Dördüncü isə əlavə təsirlər üçün risk altında ola bilərsiniz.

İstifadə etdiyiniz daha çox makiyaj arıtq toksin yığını da yarada bilir ki, bu da orqanizm üçün son dərəcə ziyandır.


Müəllif: Aytən