31 Dekabr 2018 19:43
2 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilə artıq saatlar qalır. Bəs alış-veriş edərkən 2019-cu ilin geyim trendləri haqqında məlumatınız varmı?

Teleqraf.com 2019- cu ildə önə çıxacaq moda trendlərini təqdim edir:

İlk olaraq bambuq çantaların alışının artdığı gözlənilir. Məşhur modaçılar bu çantalardan vaz keçə bilmir. Ona görə də rəfinizdə bambuq çantalara yer ayırın.

Bir çox məşhurların geyindiyi velosiped şortiklər yavaş -yavaş gündəlik geyim tərzinə çevrilməkdədir. Hətta bu il 1,3 faiz çox geyildiyi qeydə alınıb.

2018-ci ildə bir çox marka öz imzaları ilə idman ayaqqabıları istehsal etdi. Artıq bu idman ayaqqabıları da dikdaban ayaqqabılar kimi qadınları havalı və çəkici göstərir. Ona görə də 2019-cu ilə də belə ayaqqabıların damğa vuracağı gözlənilir.

İlan dərisindən olan çantalar, ayaqqabılar və paltarlar 2019-cu ildə dəbdə olacaq.

Əgər günəş eynəyi alacaqsınızsa, oval eynəklərə üstünlük verin. Çünki 2019-cu ilin trendləri arasında oval eynəklər də yer alacaq.

Qardirobunzda paltarları yeniləmək istəyirsinizsə, çəhrayı rəngli paltarlara üstünlük verin. 2019-cu ilin rəngi məhz canlı çəhrayı olacaq.


Müəllif: Aytən