4 Yanvar 2019 07:19
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rabitə Federal Agentliyinin analitikləri dünyada ən təhlükəli smartfonların reytinqini tərtib ediblər. Bu zaman cihazların insana zərərli təsirinin miqdarını göstərən SAR (specific absorption rate) şüalanma dərəcəsinə xüsusi önəm verilib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, “Google Pixel 3 XL” ən təhlükəli smartfon elan edilib. Məlum olub ki, bu modeldə şüalanma göstəricisi 1,52 Vatt/kq, bədən və baş nahiyəsi üçün isə 1,35 Vatt/kq təşkil edir.

“Google” şirkətinin istehsalı olan “Pixel 3” smartfonu isə ikinci yerdə qərarlaşıb. Bu modelin göstəricisi 1,34 Vatt/kq-dır. Təhlükəli cihazların ilk beşliyində, həmçinin “One Plus”, “LG V40”, “iPhone XS Max” və “XS” smartfonları yerləşiblər.


Müəllif: Teleqraf.com