7 Yanvar 2019 23:45
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə dəvələr arasında gözəllik müsabiqəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, müsabiqədə Qətərlə yanaşı, Küveyt, eləcə də gərgin münasibətlərə baxmayaraq Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən dəvələr iştirak edib.

Müsabiqədə qalib gələn dəvənin sahibinə 150 min dollara yaxın mükafat verilib.

Qeyd olunur ki, bəzi dəvə sahibləri dəvələrin burun və dodaqlarına botoks vurduğu üçün həmin heyvanlar müsabiqədən kənarlaşdırılıb.


Müəllif: Teleqraf.com