12 Yanvar 2019 09:26
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

“GPD” şirkəti “CES 2019” istehlak elektronikası sərgisində “Micro PC” adlı miniatür noutbuk təqdim edib.

Teleqraf.com "ictnews"a istinadən xəbər verir ki, yeni qurğunun əsas xüsusiyyətləri kimi sensor panel, rekord az çəki və çoxlu interfeys çıxışlarının olması qeyd edilir.

Noutbuk şirkətin əvvəlki qurğuları ilə müqayisədə daha miniatür alınıb. Kiçik ölçülərə baxmayaraq istehsalçı qurğunu klaviaturada yerləşən sensor panellə təchiz edib.

Əsasını dördnüvəli “Intel Celeron N4100” prosessorunun təşkil etdiyi yeni qurğunun operativ yaddaş tutumu 4, quraşdırılmış yaddaşı isə 128 giqabayta bərabərdir.

Noutbukun korpusunda iki “USB Type-A”, enerjinin doldurulması üçün bir “USB Type-C” çıxışı, eləcə də “HDMI”, “RS-232” və “Ethernet” portları quraşdırılıb. Əlavə olaraq soyutma sistemi ventilyatoru üçün fiziki dəyişdirici açar nəzərdə tutulub.

“GPD Micro PC” noutbukunun 6 düym diaqonallı ekranının təsvir ölçüsü 1280x720 piksel təşkil edir. Qurğunun ölçüsü 153 x 113 x 23,5 millimetr, çəkisi 395 qramdır.

Qiyməti 300 dollara bərabər olacaq noutbuk üçün ilkin sifarişlərin qəbuluna fevralda başlamaq planlaşdırılır.


Müəllif: Teleqraf.com