11 Yanvar 2019 21:55
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində bəbirlərin populyasiyasının bərpası ilə əlaqədar monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, monitorinq zamanı fototələlər vasitəsilə bəbirin fotoşəkilləri qeydə alınıb.

Qeyd edək ki, Hirkan Milli Parkının ərazisində bəbirlərin müntəzəm qeydə alınan şəkilləri həmin heyvan növünün milli park ərazisində yaşadığını sübuta yetirir.


Müəllif: Teleqraf.com