14 Yanvar 2019 00:43
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

CarsWeek.ru nəşri 2018-ci ilin ən yaxşı avtomobillərini müəyyən ediblər.

Teleqraf.com xəbər verir ki, qiymətləndirmə beş müxtəlif nominasiyada aparılıb.

Mütəxəssislərin rəyinə görə, ən komfortlu avtomobil yeni nəsil Mercedes Maybach S600 modelidir.

Ən sürətli avtomobil isə “Bugatti Chiron”dur. Onun maksimal sürəti 420 km/saat təşkil edir.

Ən yaxşı elektrokar adına “Tesla Model S” layiq görülüb.

Ən təhlükəsiz avtomobil “Volvo XC90”, ən etibarlı avtomobil isə “Toyota Camry”dir.

“Toyota Camry” həmçinin ən ucuz avtomobil kimi qeydə alınıb.


Müəllif: Teleqraf.com