15 Yanvar 2019 00:30
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibb üzrə ekspert, professor Oğuz Özyaral dondurma haqqında doğru bilinən yanlışlar haqqında danışıb. O, daha çox isti havada istifadə olunan dondurmanın qışda faydalarından danışıb.

Teleqraf.com xəbər verir ki, həkim qışda dondurma yeməyin xəstəliklərə səbəb olduğuna dair fikirlərlə razılaşmır, əksinə, bədənin dondurmaya təkcə yayda yox, hər mövsümdə ehtiyacı olduğunu bildirib.

Oğuz Özyaral fikrini belə əsaslandırıb:

“Cəmiyyətimizdə “qışda dondurma yemək olmaz, öskürək yaradır, soyuq dəyməyə səbəb olur” kimi səhv məlumatlar var. Dondurma qripə yaxşı təsir göstərməklə bərabər, immunitet sistemini gücləndirdiyi üçün, qrip olarkən mikroblarla savaşır. Beləliklə də qar yağarkən də, gecə-gündüz fərq etmədən, 4 mövsüm boyunca dondurma yeyə bilərsiniz”.

Professor dondurmada kalsium nisbəti yüksək olan A, D, E, K və B, C vitaminlərinin bol olduğunu, uşaqlarda boyun uzanmasına səbəb olduğunu vurğulayıb:

“Uşaqların hər mövsümdə dondurma yemələrini istəyirəm. Dondurma infeksiyalara qarşı onları qoruyur və mikrob yaranmasının qarşısını alır. Bədənin xəstəliklər zamanı sərf etdiyi mayenin geri gəlməsinə də səbəb olur. Çünki dondurmanın 90 faizi sudan ibarətdir”.

Həkim eyni zamanda hamilələr üçün də dondurmanın zərərli olmadığını deyib:
“Dondurma hamilələrdə dölün inkişafında çox önəmlidir. Çünki kalsium deposu, minerallar və vitaminlər var. Bunlar da hamilə üçün vacibdir”.

Professor dondurmanın ziyanlarına da toxunub:
“Tərkibində kimyəvi maddə, boya olan dondurmalardan uzaq durun. Mümkünsə sadə, qaymaqlı dondurma yeməyə üstünlük verin”.

Professor Oğuz Özyaral dondurmanın xoşbəxtlik hormonu yaratdığını da deyib.

Aytən


Müəllif: Aytən