17 Yanvar 2019 20:50
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bursa şəhərində yaşayan 85 yaşlı qadın yaşına və hava şəraitinə baxmayaraq, hər gün 2 kilometr piyada yol gedərək oxumaq-yazmaq öyrənib.

Teleqraf.com xəbər verir ki, Şahizər Yıltır adlı qadın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın başladığı kampaniya çərçivəsində bu addımı atıb.

Şahizər nənə 2 ayda yazıb oxumağı öyrənib.

Uşaqlığında cəmi 1 il məktəbə gedən yaşlı qadın indiyədək hərf tanımırmış.

Şahizər Yıltırın fotolarını təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu