18 Yanvar 2019 07:56
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflis şəhərinin meri Kaxa Kaladze Facebook-da canlı yayım zamanı yeni təşəbbüslə çıxış edib.

Teleqraf.com xəbər verir ki, merin təşəbbüsü paytaxtda "Car sharinq" xidmətini təşkil etməkdən ibarətdir.

Kaladze əlavə edib ki, hər bir Avropa ölkəsində "Car sharinq" deyilən bir xidmət var:

“İstənilən şəxs müxtəlif yerlərdə saxlanılmış nəqliyyat vasitələrindən bütöv gün və ya qısa müddət ərzində müəyyən miqdarda pul ödəyərək istifadə edə bilər".

Qeyd edək ki, "Car sharinq" xidmətində xəttə buraxılacaq avtomobillər elektriklə çalışacaq.
Bildirilib ki, ən qısa zamanda Tiflisə 300 avtomobil gətiriləcək və müxtəlif nöqtələrdə yerləşdiriləcək.


Müəllif: Teleqraf.com