23 Yanvar 2019 07:05
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Proteus” startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tanınır. Qurğu dərman preparatlarının qəbuluna nəzarət etməyə, həmçinin pasiyentin fiziki aktivliyi haqqında məlumatlar toplamağa imkan verir. 2017-ci ildən etibarən şirkət müxtəlif xəstəliklər üçün nəzərdə tutulmuş 40 dərman preparatına sensor quraşdırıb.

Teleqraf.com xəbər verir ki, startap onkologiya sahəsində sözügedən texnologiyanın ilk klinik sınaqlarına start verib. Hazırda xərçəng xəstəliyindən əziyyət çəkən 7 pasiyent daxili sensora malik kimya terapevtik preparat qəbul edirlər. Sınaqlar 2 il davam edəcək.

Araşdırmanın məqsədi pasiyentlərin dərman preparatını vaxtında qəbul edib-etməməsini öyrənməkdir. Xərçəngdən əziyyət çəkən xəstələr üçün bu amil xüsusilə vacibdir. Sınaq uğurlu olduğu halda “Proteus” şirkəti xərçəngdən əziyyət çəkən xəstələr tərəfindən qəbul edilən bütün həbləri rəqəmləşdirmək niyyətindədir.


Müəllif: Teleqraf.com