23 Yanvar 2019 13:34
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

40 yaşlı rusiyalı qadın avtovağzalda uşaq dünyaya gətirib.

Teleqraf.com xəbər verir ki, polis və avtovoğzal əməkdaşlarının köməyi nəticəsində doğuş prosesi uğurla başa çatıb.

Polis əvvəlcədən təcili yardıma zəng etsə də, həkimlər olay yerinə gec çatıblar. Lakin həkimlərin dediklərinə görə, doğuş problemsiz yekunlaşıb.

Hazırda xəstəxanada olan ana və uşaq özünü yaxşı hiss edir.

Ana ona kömək edən polisin şərəfinə oğluna Oleq adını verib.

Qeyd edək ki, hadisə Rusiyanın Krasondar vilayətində olub.


Müəllif: Mənsur Rəğbətoğlu