24 Yanvar 07:05
258

“Apple” şirkəti “iPhone” smartfon modeli əsasında noutbukun yaradılması üsulunu təsvir edən yeni patent hüququ alıb.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, noutbuk form-faktorlu hibrid qurğu klaviatura və ekranla təchiz edilib. Prosessor hesablama bloku və yaddaşa malik olmayan yeni qurğuda bu qisimdə sensor panelin yerinə quraşdırılan və onun rolunu yerinə yetirən smartfon çıxış edir.

Qabaqcıl smartfonların noutbuklarla müqayisə edildiyi dünyada belə həll tamamilə əsaslı görünür.


Müəllif: Teleqraf.com