24 Yanvar 2019 07:18
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Anceles İncəsənət Əsərlərinin Qorunub Saxlanılması İnstitutunun və Misir Qədim Abidələr Nazirliyinin mütəxəssisləri məşhur Tutanxamon məqbərəsinin bərpası işlərini başa çatdırıblar.

Teleqraf.com xəbər verir ki, on il əvvəl başlayan yenidənqurma işləri 2016-cı ildə həlledici mərhələyə qədəm qoyub. Layihədə təqribən 3 min il yaşı olan binanın özünün və içərisindəki divar naxışlarının bərpası işləri nəzərdə tutulub.

Xatırladaq ki, Tutanxamon Qədim Misirin Yeni Padşahlıq dövrünün ən məşhur fironlarından biri olub. Eramızdan əvvəl təqribən 1332-ci ildə 9 yaşında hakimiyyətə gələn Tutanxamon eramızdan əvvəl 1323-cü ildə qəflətən dünyasını dəyişib.


Müəllif: Teleqraf.com