30 Yanvar 2019 07:05
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq alimlər qrupu yuxudan əvvəl smartfondan istifadə edən uşaqlarda yuxusuzluq, piylənmə və tez həyəcanlanma riskləri aşkarlayıblar.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər tərəfindən 11-12 yaşlı 6616 yeniyetmənin müayinəsi zamanı əldə edilən məlumatlar analiz olunub. Uşaqların 70 faizindən çoxu yatmazdan əvvəl azı bir saat smartfon və ya ekrana malik digər qurğudan istifadə etməsini bildirib. Sorğu zamanı onlar, həmçinin həmin vaxt otaqda işıqlanma dərəcəsini, yuxu vaxtını və oyanıqlığı və yatmaqla bağlı problemlərdən əziyyət çəkmələrini qeyd ediblər.

Müəyyən edilib ki, otaqda işıq qoşulu olan zaman smartfondan istifadə edən və ya televizora baxanların 31 faizi pis yatıb. Eyni hərəkəti qaranlıqda edən uşaqlarda yuxu pozğunluğu ehtimalı 147 faiz yüksək olub. Həmçinin aşkar olunub ki, yuxunun kifayət qədər olmaması immunitetin azalması, depressiya, narahatlıq və piylənmə ilə əlaqədardır.

Qiymətləndirməyə görə, dünyada yeniyetmələrin 90 faizi sutkada tövsiyə edilən 11 saatı yatmır və mütəxəssislər bunu qurğuların yayılması ilə izah edirlər. Təkcə Böyük Britaniyada 12-15 yaşlı uşaqların 98 faizi televizora baxır, 90 faizindən çoxu isə smartfondan istifadə edir.


Müəllif: Teleqraf.com