29 Yanvar 23:41
257

Türkmənistanda ali məktəb tələbələrindən qış tətilində ədəb qaydalarına uyğun davranış haqqında yazılı iltizam alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Radio Azattık” müəllim və tələbələrə istinadən məlumat yayıb.

Tələbələr bildiriblər ki, tətilə çıxmamışdan öncə onlarla müvafiq söhbətlər aparılıb və yazılı iltizam alınıb. Konkret olaraq tələbələrə mobil telefonla danışmaq, internetdən istifadə etmək, toylara, habelə qonaq getmək və yaşadıqları kənd və qəsəbələri tərk etmək qadağan olunub.

Tələbələrə həmçinin evə yalnız qatar, təyyarə və dövlət müəssisələrinə məxsus avtobuslarla getmək tövsiyə olunub. Tətildən sonra onlar oxuduqları ali məktəbin dekanlığına biletlərin sürətini təqdim etməlidir.

/Oxu.az/


Müəllif: Teleqraf.com
Загрузка...