1 Fevral 2019 07:35
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin “Huawei” şirkəti və onun “Honor” subbrendi 2019-cu ildə “ağıllı” televizorlar buraxacaq. Bu barədə ölkənin “CNBeta” resursunun məlumatında deyilir.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, ilk “Honor” “ağıllı” televizoru apreldə, ilk “Huawei” smart TV-si isə ilin ikinci yarısında təqdim ediləcək. İstehsal xəttinə 65 düym diaqonallı və daha böyük modellər daxil olacaq. “Honor” televizorlarının qiymətinin ucuz olacağı və yalnız internet mağazalarında satılacağı gözlənilir.

Bildirilir ki, “Huawei” artıq “Əşyalar interneti” istiqaməti çərçivəsində televizor bölməsi üçün 200-300 nəfərdən ibarət mütəxəssislər qrupu yaradıb. Şirkət nümayəndələrinin sözlərinə görə, 4K və 8K təsvir ölçülü televizorların populyarlaşması 4K və 8K kontenti üçün tələbatı artıracaq.


Müəllif: Teleqraf.com