1 fevral 2019-cu il tarixində “The Guardian” nəşrinin Avstraliya versiyasının saytında dünyada robot tərəfindən yazılmış ilk məqalə dərc edilib.
Teleqraf.com xəbər verir ki, “ReporterMate” adlı robot “The Guardian” nəşrinin jurnalisti Nik Eversxed və proqramçılar qrupu tərəfindən birgə yaradılıb. Alqoritm böyük həcmli məlumatları emal edə, onları axtarıb tapa və artıq hazır mətn şablonlarına yerləşdirə bilər.
Nik Eversxed qeyd edir ki, “ReporterMate” jurnalistləri tam əvəz etməyə qadir deyil, ancaq o, araşdırmalar zamanı böyük məlumatların təhlili ilə daha dəqiq işləyəcək. Bu isə jurnalistlər tərəfindən tez-tez yol verilən riyazi səhvlərin qarşısını alacaq.
Jurnalist qeyd edir ki, süni intellektin müstəqil şəkildə böyük həcmli material hazırlaması hələ ki real səslənmir.