"Instagram" populyarlıq üçün kənar proqramlardan istifadə edən boş hesablardan saxta layk, şərh və abunəçilərin silinməsi üçün alət təqdim edib.
Teleqraf.com "ICTnews"a istinadən xəbər verir ki, sözügedən sosial şəbəkə öz hesabına layk və abunəçilərin sayını süni şəkildə artıran proqramlar üçün giriş imkanı yaradan istifadəçilərə xəbərdarlıq göndərəcək. Belə istifadəçilərə göndəriləcək xəbərdarlığın mətni ondan ibarət olacaq ki, kənar proqramın girişi ləğv edilib və istifadəçi parolunu dəyişdirməlidir.
Həmçinin qeyd edilir ki, "Instagram" abunəçilərin sayını artırmağı təklif edən xidmətlərin reklamını qadağan edir. Sosial şəbəkənin nümayəndələri istifadəçilərdən "Instagram"da yerləşdirilmiş belə elanlar haqqında məlumat verməyi xahiş edirlər.