22 Fevral 2019 07:05
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Audi” şirkəti tərəfindən hazırlanmış sistem avtomobilin hərəkət sürətini elə hesablayır ki, sürücü həmişə işıqforun yaşıl işığında yolu keçsin. Beləliklə, vaxt və yanacağa qənaət edilir. Amma “Green Light Optimization Speed Advisory” (GLOSA) funksiyası yalnız bəzi modellərdə və ABŞ-ın bəzi şəhərlərində əlçatandır.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, “GLOSA” – bu, avtomobilin şəhərin nəqliyyat infrastrukturuna qoşulmasına və nişan, yol nişanları və işıqforların iş rejimi haqqında informasiyanı oxumasına imkan verən sistemə bir əlavədir.

“GLOSA” sistemi avtomobilin bortunda qurulmuş mobil “4G”-moduldan siqnalı qəbul edir və növbəti işıqforadək məsafəni nəzərə alaraq sürət rejimini hesablayır ki, sürücü həmişə yaşıl işıqda yolu keçə bilsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər