23 Fevral 2019 07:25
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyalı mühəndislər tərəfindən təqdim edilmiş “SwagBot” adlı kənd təsərrüfatı robotu kompüter görmə texnologiyasının köməyi ilə özü alaq otlarını tanıya və onları herbisidlərlə çiləyə bilər.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, “SwagBot” kənd təsərrüfatı robotu 2016-cı ildən istifadə edilir, yenilənmiş qurğu özü alaq otlarını məhv edə bilir. “SwagBot” robotunun tanıdığı alaq otlarının sayı barədə dəqiq məlumat yoxdur. Qurğunun təsvirində deyilir ki, alqoritm Cənubi Amerikada olan “Nassella trichotoma” adlı alaq otlarını dəqiq tanıyır.

“SwagBot” robotu uzun fırlanan təkərləri olan düzbucaqlı formasında hazırlanıb. Qurğu lidar, kamera və idarə sisteminə malik antena ilə təchiz edilib. Bundan başqa, mərkəzi hissənin altında herbisid tozlandırıcısından ibarət balon yerləşir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər