27 Fevral 2019 07:05
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nubia” şirkəti “MWC 2019” sərgisi çərçivəsində qeyri-adi “Nubia Alpha” qurğusunu təqdim edib. O, smartfon və elastik “OLED” ekranlı “ağıllı” saat arasında olan qurğuya bənzəyir, istehsalçı isə onu “daşınan telefon” adlandırır.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, qurğu “Visionox” şirkətinin hazırladığı 960 x 192 piksel təsvir ölçülü 4 düym diaqonallı ekranla təchiz olunub. “Nubia” polimid adlı istiyədavamlı polimerlə qorunan smartfon bilərziyi daşınan qurğular arasında istifadəçinin biləyi ətrafında tam əyilən ən böyük ekran kimi qələmə verir.

Məlumata görə, “Nubia Alpha” 5 meqapikselli kamera, 5 milliamper/saat tutumlu batareya, daşınan elektronika üçün “Snapdragon Wear 2100” birkristallı sistemi, 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz edilib. Şirkət tərəfindən hazırlanan əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu “Bluetooth”, “Wi-Fi”, “eSIM”, eləcə də “multi-touch”, səsli komanda və jestlər idarəetməsi dəstəyinə malikdir.

“Daşınan telefon”, həmçinin idman bilərziyi funksiyalarını yerinə yetirir və yuxu, fiziki hərəkətlər və ürək ritmini izləyir.

“Nubia Alpha” smartfon bilərziyinin bu ilin üçüncü rübündə Avropada satışa çıxarılması planlaşdırılır. Qurğunun qiyməti versiyalara (Bluetooth ilə 449 avro, qara rəngli və eSIM ilə 549 avro və 18 karatlıq qızılla örtülən və eSIM ilə 649 avro) görə dəyişir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər