1 Mart 2019 22:58
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda doğuşa gedən qadını xəstəxanaya YPX avtomobili ilə aparıblar.

Teleqraf.com Baku.vs-ə istinadən xəbər verir ki, Vasili adlı şəxs həyat yoldaşını xəstəxanaya çatdırmaq üçün polislərdən kömək istəyib. 26 fevral tarixində tədbirlərlə əlaqədar olaraq Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən Vasili YPX əməkdaşlarına müraciət edib.

Ona yolun ən tez 15-20 dəqiqəyə açılacağı bildirilib. Ancaq gözləmək imkanı olmadığını deyən Vasili həyat yoldaşını təcili xəstəxanaya çatdırmalı idi. Polislərdən biri köməklik edəcəyini bildirib. Fuad adlı serjant 440 dövlət nömrə nişanlı YPX avtomobili ilə xanımı və həyat yoldaşını Mərkəzi Neftçilər Xəstəxanasına çatdırıb.

Polisin bu nümunəvi addımından sonra Vasili çox təsirlənib. Vətəndaş dünyaya gələn oğluna polisin adını qoyub.


Müəllif: Teleqraf.com