Kaliforniyada bir həftə ərzində yağan leysan yağışlardan sonra Elsinore gölü ətrafında yerləşən dağ çəmənlikləri narıncı və qızılı rənginə çalan lalə çiçəkləri örtüyünə bürünüb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ötən il bu bölgə meşə yanğınlarına məruz qalmışdı, yanğına görə minlərlə yerli sakin evakuasiya olunmuşdu.
Bu yaxınlarda müşahidə edilmiş fırtınalı hava şəraitinə görə də yerli camaat evakuasiya edilmişdi.
Əraziyə baş çəkən turistlər gül açmış lalə çəmənlikləri fonunda selfie şəkillərini çəkdirmək fürsətindən istifadə edirlər.