Fransanın “Bugatti Automobiles SAS” şirkəti 110 illik yubileyi münasibətilə “La Voiture Noire” adlı hiperkapı təqdim edib.
Teleqraf.com xəbər verir ki, cəmi bir ədəd buraxılan hiperkapın qiyməti 11 milyon avrodur.
2017-ci ildə “Rolls-Royce” yeganə nümunə olan şüşə tavanlı “Sweptail”ı 12,8 mln. dollara satışa çıxarmışdı.
2018-ci ildə “Zonda HP Barchetta” modeli isə 15 milyon dollara öz sahibini tapmışdı.
“Bugatti La Voiture Noire” artıq satılıb. Alıcının adı məlum olmasa da, “Bloomberg” onun “Volkswagen”in keçmiş rəhbəri Ferdinand Pyex olduğunu iddia edir.