ABŞ-ın Nyu-Cersi ştatının işsiz sakini lotereyada 273 milyon dollarudub.
Qalib bildirib ki, o, lotereya biletini 10 dollara alıb və bileti mağazada unudub. Növbəti gün mağazaya qayıtdıqda satıcının onun biletini saxlamasına təəccüblənib. Satıcı lotereyanı yenidən alıcıya qaytarıb.
"Bu (uduş - red) hər şeyi dəyişdirəcək, çünki mən işsiz idim. Birincisi, yeni pikap alacam. Mən uzun müddət onu arzulayırdım", - deyə qalib bildirb. O, əlavə edib ki, ailəsi səyahətə yollanmaq istəyir. Qalib həm də həmin pulla anasına avtomobil alacaq.
O, etiraf edib ki, uduşdan əvvəl ailəsini dolandıran həyat yoldaşından ayrılıb.
Boşanmadan sonra iş tapmağa çalışsa da, buna müvəffəq olmayıb. Son illər pullarını lotereya biletlərinə xərcləyib.