Almaniyanın “Daimler” avtomobil konserni yaxın gələcəkdə pilotsuz avtomobillərin seriya ilə istehsalına başlamaq niyyətində olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, konsernin pilotsuz idarəetmə şöbəsinin rəhbəri Maykl Hafner şirkətin 2021-ci ildən etibarən robotlaşdırılmış taksi avtomobilləri istehsalına başlamağı planlaşdırdığını bildirib. Əsasən Almaniyanın daxili bazarı, sonra Amerika, gələcəkdə isə Çin bazarı üçün ilk mərhələdə 10 min belə avtomobil buraxılacaq.
Yerüstü pilotsuz avtomobillərin sınaqları Kaliforniyada keçiriləcək.