20 Mart 2019 12:17
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya dünyanın ən xoşbəxt ölkəsi hesab olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Dünya üzrə xoşbəxtlik hesabatı”nda (“The World Happiness Report) bildirilib.

“Next Era” analitik mərkəzi finlərin daxili siyasətə “eksperimental yanaşma” səbəbindən özlərini xoşbəxt hesab etdiklərini açıqlayıb.

Ötən əsrin ikinci yarısından etibarən Finlandiya hakimiyyəti vətəndaşların sağlamlığına və təhsilinə xüsusi diqqət yetirir, həmçinin vətəndaşların təhlükəsizlik səviyyəsini yüksəltməyə çalışır.

Bundan öncə Finlandiyada ən təmiz havası olan ölkələr siyahısında ikinci yerdə (İslandiyadan sonra) qərarlaşmışdı.


Müəllif: Səxavət