21 Mart 2019 20:42
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən bahalı şəhərlərinin reytinqində birinci yerdə 3 şəhər qərarlaşıb.

Teleqraf.com-un məlumatına görə, “Economist Intelligence Unit” tədqiqat mərkəzinin reytinqinə əsasən, Honqkonq, Sinqapur və Paris ən bahalı şəhərlər hesab olunub.

Reytinq tərtib olunarkən kommunal xərclər, geyim, qida, yanacaq, mənzil, məktəb və digər xərclər nəzərə alınıb.

Reytinqdə ilk onluqda həmçinin Sürix, Cenevrə, Osaka, Seul, Kopenhagen, Nyu York, Təl-Əviv və Los Anceles şəhərləri yer alıb.

Ən ucuz şəhərlər isə Karakas, Dəməşq və Daşkənd hesab olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər