Estoniyanın keçmiş baş naziri Andres Tarand Antarktidada bələdçiliklə məşğul olur.
Teleqraf.com-un məlumatına görə, 79 yaşlı sabiq nazir turist qruplarının rəhbəri qismində bölgəyə səfərlər edir.
Qeyd olunur ki, ixtisasca meteoroloq olan A.Tarand 1960-cı illərdə Antarktidada elmi stansiyada işləyib.
O bildirib ki, hər il Antarktidaya 40 min turist səfər edir.
Qeyd edək ki, Andres Tarand 1994-95-ci illərdə Estoniyanın baş naziri olub.