1 Aprel 2019 23:15
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Facebook sosial şəbəkəsində yeni funskiya istifadəyə veriləcək.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkənin 2014-cü ildə başlatdığı "sən niyə bu reklamı görürsən" tətbiqindən sonra "sən niyə bu paylaşımı görürsən" (Why you're seeing this post) xidmətini tətbiq edir.

Yeni xidmət vasitəsi ilə istifadəçilər xəbər panelində yenilənən paylaşımlar barədə daha ətraflı məlumat əldə edəcəklər. Paylaşımın üzərində açılan menyuda xəbərin mahiyyəti barədə bilgi toplamaq mümkün olacaq.

Xidmət mayın 2-dən tətbiq ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər