Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssislərdən ibarət komandası və “Oxford Medical Simulation” şirkəti tərəfindən “Oculus Rift” qarniturları üçün hazırlanmış virtual reallıq proqramı 1-ci tip diabet xəstələri üçün təcili yardım imkanını modelləşdirir.
Teleqraf.com xəbər verir ki, virtual reallığı öyrədən proqram həkimlərə insanların həyatı və sağlamlığı ilə risk etmədən təcili yardım göstərilməsinə (xəstənin qanında şəkərin səviyyəsinin təhlükəli qalxması və enməsi) imkan verir.
Böyük Britaniyanın Səhiyyə Departamentinin orqanı “Health Education England” hazırda İngiltərənin cənubunda virtual reallıq üzrə pilot təlim kursunu tətbiq edir. Kurs uğurlu olduğu halda artıq bu il bütün ölkə ərazisində əlçatan olacaq.