9 Aprel 2019 07:25
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində ibtidai məktəblərdən birində şagirdlərin diqqətini yüksəltmək üçün nəzərdə tutulmuş başa taxılan qurğu sınaqdan keçirilir. “Focus 1” adlı cihaz Harvard Universitetinin Beyin Mərkəzinin iştirakı ilə ABŞ-ın “BrainCo” firması tərəfindən işlənib hazırlanıb.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, “Focus 1” cihazı Xançjou (Çjeszyan əyalətinin paytaxtı) şəhərinin təhsil müəssisəsində sınaqdan keçirilir. Aparat beynin aktivliyini qeydə alan elektroençefaloqrafiya datçikləri ilə təchiz edilib və şagirdin dərsə olan diqqətini müəyyənləşdirməyə imkan verir.

Müəllimlər noutbuka quraşdırılmış xüsusi proqram sayəsində şagirdlərin nə dərəcədə diqqətli olmasını, dərsdən yayınma hallarını izləyə bilərlər, həmçinin dərsin sonunda isə 3 ən diqqətli şagirdin adını müəyyənləşdirmək mümkündür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər