Bir neçə dəfə göndərilmiş mesaj qruplarda göstərilməyəcək. Bu, “feyk” mesajların yayılmasını çətinləşdirəcək.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, “Votsap” tez-tez göndərilən mesajları gizlətmək imkanını əlçatan edəcək. Bu haqda “WABetainfo” nəşri məlumat yayıb.
Sözügedən funksiya proqramın beta-versiyasında aşkar edilib.
Tərtibatçılar bu yolla “feyk” mesajların yayılması ilə mübarizə aparırlar. Əlbəttə, hakerlər mətni köçürərək müxtəlif qrup və müxtəlif insanlara göndərə bilərlər, amma bu, məsələni çətinləşdirəcək.